“Xəzər Lənkəran”da istefa verərək ayrılan Mustafa Dənizlinin boş qalmış postuna yaxın bir həftə ərzində hansı çalışdırıcının gətiriləcəyi məlum olacaq.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Cənub klubuna rəhbərlik edəcək yeni baş məşqçinin adı mayın 23-ə kimi məlum olacaq.
Bu posta ən real namizəd Mirça Rednikdi.