Kateqoriyasız

“Xəzər Lənkəran”dan rəsmi mövqe gəldi: “Bugün belə bir məktubu klub adından idarəyə aparıb vermişəm”

“Biz hər oyundan 4-5 gün öncə polisə təhlükəsizlik xidmətin qoruması üçün müraciət edirik. Bugün səhər də belə bir məktubu klub adından idarəyə aparıb vermişəm”.

Bu sözləri idmanxeber.com saytına açıqlamasında “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

Cənub klubunun rəsmisi polisin təhlükəsizlik xidmətini təmin etməkdən imtina etməsini real saymır:

“Polislərin imtina etməsini bir az real saymıram. Ola bilər ki, polislər “Neftçi” tərəfinə onların azarkeşlərinin təhlükəsizliyin təmin etməsi haqda  təminat verməsin və bu barədə onları xəbərdar etsin. Belə bir şey ola bilər. Biz müraciətimizi etmişik. Qalan şeylərdən xəbərimiz yoxdu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43