Kateqoriyasız

“Xəzər Lənkəran”dan son dəqiqə xəbəri: kimlər “Böyük oyun”da oynamayacaq?

Bu gün Premyer Liqanın XII turu çərçivəsində "Xəzər Lənkəran" prinsipial rəqibi "Neftçi" ilə qarşılaşacaq.
"Bakcell Arena"da baş tutacaq "Böyük oyun" öncəsi bugün hansı futbolçuların meydana çıxıb-çıxmayacağına aydınlıq gətirdik.
İdmanxeber.com-un klubdan əldə etdiyi məlumata görə, bu matça kimi zədələri olan Rasim Ramaldanov, Benuahi, Nildo və Skarduellidən hansının bugünkü matçda "Neftçi"yə qarşı oynaya biləcəyi məlum olub.
Beləliklə, Toşak Ramaldanov və Benuahidən bugünkü matçda istifadə edə biləcək.
Xatırladaq ki, "Neftçi" – "Xəzər Lənkəran" derbisi bu axşam saat 19.00-da "Bakcell Arena" stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43