Kateqoriyasız

“Xəzər Lənkəran”dan sonra “Neftçi” də ayağa qalxdı: paytaxt klubu hakim səhvlərini yayımladı – VİDEO

Topaz Premyer Liqasının III turunda “Neftçi” “Simurq”la keçirdiyi oyundakı epizodlarla bağlı hakimlikdən narazılığını bildirib. “Ağ-qaralar” matçın baş hakimi Əliyar Ağayevin səhvlərini yayımlayıb:

1. Rəqib futbolçu Flavinyoya qarşı qəsdən kobudluq etsə də, baş hakim Əliyar Ağayev tərəfindən cəzalandırılmır.

2. Baş hakim bu epizodda Bahodir Nasimovun qaydanı pozduğunu bildirirərək “Simurq”un xeyrinə cərimə zərbəsi təyin edir.

3. Əliyar Ağayev Elvin Yunuszadənin hərəkətini son ümid folu kimi qiymətləndirərək ona qırmızı vərəqə göstərir.

4. Rəqib futbolçu “Neftçi”nin təhlükəli hücumunun qarşısını əli ilə kəssə də, hakim sarı vərəqə göstərmir.

5. “Simurq” klubunun futbolçusu Rəşad Sadiqovun qarşısını aşkar kobudluqla alır. Qayda pozuntusunu qeydə alan Ə.Ağayev bu dəfə də sarı vərəqə göstərmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43