08 Sentyabr 2024
Ölkə futbolu

“Xəzər Lənkəran”dan transfer bombası: “Bəli, danışıqlar gedir” – VİDEO

Antalyada təlim-məşq toplantısında olan “Xəzər Lənkəran”ın transfer etmək istədiyi daha bir futbolçunun adı məlum olub.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Cənub klubu braziliyalı Eliası heyətinə qatmaq istəyir.

Tam adı Elias Ribeyro de Oliveyra olan 31 yaşlı hücumameylli yarımmüdafiəçi müqavilə ilə “Atletiko Paramnense” klubuna məxsusdu. Lakin o, bu komandada möhkəmlənə bilməyincə “Ponte Preta”ya icarəyə verilib. Burada Elias 11 oyunda 2 dəfə fərqlənməyi bacarıb. 

1.81 sm boya malik Eliasla birbaşa müqavilə imzalanacaq. 

Qeyd edək ki, Elias  “Bahia”, “Vasko di Qama”, “Fluminense”, “Atletiko Qoyaniense”, “Fiqueyrense”, BƏƏ-də “Əl-Əyn” kimi klubların da şərəfini qorubu. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43