Kateqoriyasız

““Xəzər Lənkəran”ı çempionluq yarışından silənlərə gücümüzü göstərəcəyik” – MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Elnur Abdullayevin  müsahibəsi

– AZAL-la oyunda ardıcıl ikinci qələbəni qazandız…

– Komandamız hər oyunda yaxşı oyanyırdı. Hamı bunu görürdü. Elə “Simurq”la, “Neftçi” ilə oyunlara baxaq. Sadəcə bəxtimiz gətirmirdi. “Bakı” ilə oyunda qazanılan qələbə komanda üçün dönüş nöqtəsi oldu. Bundan sonra artıq inanırdıq ki, qələbələrimiz ardıcıl olacaq. Bunu gördük. AZAL zəif komanda deyil. O komandanı səfərdə məğlub etdiyimiz üçün sevinirik. Düşünürük ki, artıq bu qələbə də geridə qaldı. İrəliyə baxmaq lazımdır.

– Son oyunlarda yaxşı formada olduğunu görürük. Premyer Liqa başlayanda bir müsahibəndə demişdin ki, mən mövqeyimdə oynamıram. İndi necə?

– Tək özümü deməzdim, ümumilikdə komanda yaxşı oynayır. Biz artıq komanda şəklində güclüyük. Formamızı saxlamalıyıq. Belə gedişlə “Xəzər Lənkəran” ardıcıl qələbələr qazanacaq. Komanda yaxşı oynayanda bütün futbolçular yaxşı oynayır.

– Son iki oyunda qazandığınız qələbələrə kimi sizi çempionluq yarışında görməyənlər var idi…

– Bizi heç zaman çempionluq yarışından silmək olmaz. “Xəzər Lənkəran”ın gücünə hamı bələddir. Düzdü, biz ilk oyunlarda zəif təsir bağışladıq, xallar itirdik. Amma indi öz oyunumuzu tapmışıq. İki oyundur ki, həm gözəl oyun göstəririk, həm də qalib gəlirik. Bu qələbələrdən arxayınlaşmaq olmaz. Öz üzərimizdə çalışmalıyıq. “Xəzər Lənkəran”ı çempionlu yarışından silənlərə gücümüzü göstərəcəyik. Hələ qarşıda çox oyunlar var.

– Qarşıda “İnter”lə oyununuz var. Rəqibinizin heç cür özünə gələ bilməməsini və çempionatda ardıcıl xallar itirməsini nəzərə alıb, “Xəzər Lənkəran”ın asan qalib gələcəyini proqnozlaşdırmaq olar?

– Yox, belə deməzdim. Razıyam ki, “İnter” ötən mövsümki komanda deyil. Onlar bu Premyer Liqada yaxşı təsir bağışlamırlar. Amma “İnter”i istənilən halda kiçilitmək, onlara asan qalib gəlcəyimizi düşünmək olmaz. Onların heyətində yaxşı futbolçular və yaxşı məşqçi var. Ona görə də çətin oyun olacaq. Amma təbii ki, “Xəzər Lənkəran” qalib gəlmək istəyir. Bunun üçün əlimizdən gələni edəcəyik.

millifutbol.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43