08 Sentyabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran”ı gözləyən təhlükə

Bu gün “Qəbələ” ilə Azərbaycan kubokunun yarımfinalında üz-üzə gələcək “Xəzər Lənkəran”ın iki futbolçusu sarı kart limitindədi.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, “ağ-yaşıllar”da Etame Mbilla və Tural Cəlilov bugünkü görüşdə sarı kart alacaqları təqdirdə, Lənkərandakı həlledici oyunu burxamalı olacaqlar. 

Qeyd edək ki, “Qəbələ” – “Xəzər Lənkəran” matçı saat 16:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43