Kubokun cavab matçında “Qəbələ” ilə oyunun ikinci hissəsində qana boyanan Rasim Ramaldanovun vəziyyəti normaldı.
Bu barədə idmanxeber.com-a futbolçu özü məlumat verib.
Daniel Subotiçlə hava mübarizəsində yerdə qalan futbolçunun dodağına 4 tikiş vurulub. Ramaldanov “İnter”lə matça kiimi hazır olacağını düşünür:
“İnanın danışa bilmirəm. Güclə ağzımı tərpədirəm. Ola bilsin “İnter”lə oyuna kimi hazır olum”.
Qeyd edək ki, Ramaldanovun kobud səhvindən sonra “Qəbələ” hesabı açmışdı.