Ölkə futbolu

“Xəzər Lənkəran”ın çalışdırıcısı: “AZAL müdafiəyə meyilli, qapalı futbol oynayırdı”

Premyer Liqasının 15-ci turunda "Xəzər Lənkəran" doğma meydanda AZAL-a qalib gələ bilmədi. Oyunsonrası keçirilən mətbuat konfransında ev sahibi komandanın müvəqqəti baş məşqçisi Giovanne Melkiorre fikirlərini açıqladı:

“Yaxşı oyun oldu, ötürmələrdə, topa sahib olmada yaxşı idik. Amma çox zaman hücumları məntiqi sonluqla bitirə bilmirdik. AZAL müdafiəyə meylli, qapalı futbol oynayırdı. Oyunumuzu daha çox cinahlardan qurmalı idik. Bundan istifadə edə bilmədik. Rəqib 1 xal üçün gəlmşdi, müdafiədə boşluq vermədi”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43