Ölkə futbolu

“Xəzər Lənkəran”ın daha bir fan-klubu yaradıldı

Bütün “Xəzər Lənkəran” azarkeşlərinə müjdə! “Xəzər Lənkəran” klubu mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun 12cioyuncu.info saytına  verdiyi məlumata görə komandanın ünvanına İspaniyadan məktub daxil olub.Məktubda İspaniyada yaşayan “Xəzər Lənkəran”ın çox saylı  azarkeşləri tərəfindən yeni bir fan klubun yaradılması barədə xəbər verilir. Yeni fan klubu yaradan azarekşlər “Xəzər Lənkəran”ı cox sevdiklərini və komandanın oyunlarını qismən də olsa izlədiklərinidən   yazıllar. Azarkeşlərin arasında azəbaycanlılardan savayı digər millətlərin nümayəndələrinin də oldugu vurgulanır. Futbolsevərlər göndərdikləri məktubda  komandanın bir neçə futbolçusundan və texniki həyyətdə çalışanlardan avtoqraf alınıb göndərməsini xahiş ediblər.   İspaniyada yaşayan azarkeşlərin komandanın bu çətin vəziyyətdən tezliklə çıxmasını və gələcəkdə böyük uğurlara imza atmasını arzu edirlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43