Ölkə futbolu

“Xəzər Lənkəran”ın daha bir rəqibi məlum oldu: bu dəfə rumınlara qarşı

Antalyada təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran”ın yoxlama oyunu keçirəcəyi daha bir rəqibi müəyyənləşib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Elbrus Məmmədovun komandası sayca dördüncü sınaq matçnda Rumıniyanın əsas liqa təmsilçisi  “Universitatya” (Krayova) ilə qarşılaşacaq. Oyun sabah keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, “Universitatya” hazırda Rumıniya çempionatının turnir cədvəlində 29 xalla 6-cı pillədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43