Ölkə futbolu

“Xəzər Lənkəran”ın daha iki futbolçusu milliyə çağrıldı

Bazar ertəsi uzun Gəncə səfərinə yollanan “Xəzər Lənkəran” U-17 komandası səfərdə “Kəpəz”lə qarşılaşdı. Oyun qolsuz heç-heçə ilə sona çatdı.

Çərşənbə axşamı U-15 Liqasında “Xəzər Lənkəran” “Şahdağ”ı qəbul etdi və 3:1 hesabı ilə qalib gəldi. Qolları Nurlan Fərəcli, Sübhan Məmmədli və Asim Cəfərov vurdular.

Növbəti gün U-19 “Qəbələ” səfərindən məğlub döndü – 0:3. 9 oktyabr tarixində isə U-16 Liqasında maraqla gözlənilən “Xəzər Lənkəran” – “Qarabağ” görüşü baş tutdu. Hər iki komanda bu oyuna qədər oynadıqları iki matçı qələbə ilə başa vurmuşdu. Komandamız artıq matçın əvvəlində hesabı açdı – cərimə zərbəsindən ev tapşırığını “əla” qiymətinə yerinə yetirən “ağ-yaşıllar” Nəriman Mirizadənin qolu ilə irəli çıxdılar. İkinci hissədə Kənan Səfərov  fərqi artırdı, sona yaxın isə Yusif Həsənov penaltidən oyunda son nöqtəni qoydu – 3:0.

Bu həftə U-16 Azərbaycan milli komandasının Bakıda keçiriləcək seleksiya xarakterli təlim-məşq toplanışında iştirak edəcək oyunçuların siyahısı açıqlanıb. Siyahıda Yusif Həsənovla yanaşı milliyə ilk dəfə dəvət alan Kənan Səfərov və Kamal Dənziyev adı yer alıb. Beləliklə, daha iki 1999-cu il təvəllüdlü futbolçumuz yığma komandanın sıralarına qoşuldu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43