Ölkə futbolu

“Xəzər Lənkəran”ın dərdinə çarə tapılmır

Sloveniyada təlim-məşq tolantısını davam etdirən "Xəzər Lənkəran" qapıçı axtarışlarını da davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, ən son Rauf Əliyev və Əfran İsmaylov transferlərinin üstündən azı 10 gündən çox vaxt keçsə də hələ ki, Cənub klubunun əsas problemi həllini tapmayıb.

Klubun mətbuat ximdətinin rəhbəri Hüseyn Cəbrayıloğlu saytımıza açıqlamasında hələ də bu məsələdə yeni bir şeyin olmadığını bildirib:

"Hələ ki, bir yenilik yoxdu".

Lakin qeyd edək ki, XL bir neçə qapıçı ilə danışıqlar aparır və bu məsələ çempionatın startına kimi həllini tapacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43