28 Fevral 2024
Ölkə futbolu

“Xəzər Lənkəran”ın dərdinin üstünə dərd gəldi

Topaz Premyer Liqasının XXIII turunda Bakıda AZAL-ın qonağı olacaq “Xəzər Lənkəran” oyunun hazırlıqlarına start verib. Paytaxtda məskunlaşan komanda “Dalğa Arena”nın süni örtüklü meydançasında məşqə çıxıb.

Cənublular 1 saat 20 dəqiqə davam edən hazırlıqda tam heyətlə iştirak edə bilməyib. Zədəli Rasim Ramaldanov və Rahid Əmirquliyev ümumiyyətlə hazırlığa qatılmayıb. Elnur Abdullayevsə ağrılar üzündən yüngül qaçışla kifayətlənib. “Xəzər Lənkəran” sabah oyunun keçiriləcəyi “AZAL Arena”da son məşqinə çıxacaq. (lankaranfc.com)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43