Ölkə futbolu

“Xəzər Lənkəran”ın əleyhinə verilən qərarı Xəqani Məmmədov dəstəklədi – AÇIQLAMA

"Epizod hesab 1-0 olarkən yaşandı. Rəqibin 7 nömrəli futbolçusu qapıçı ilə təkbətək çıxdı və qapıçımız yıxılaraq topu onun ayaqları altından çıxartdı. Qapıçının müdaxiləsindən sonra top həmin 7 nömrəli futbolçuya dəydi və o, müvazinətini itirərək yerə yıxıldı".

Bu sözləri idmanxeber.com-a saytına açıqlamasında "Rəvan" klubunun mətbuat xidmətinin rəhbəri Elvin Yaqubov bildirib.

"Uçan aslanlar"ın rəsmisi qeyd edib ki, həmin epizodda penaltidən söhbət belə gedə bilməz:

"Ola bilər ki, hakim debütünün təzyiqi altında idi. Bundan əlavə baş hakim epizodu tam görməyə də bilərdi. Çünki yıxılarkən qapıçının bədən quruluşu eləydi ki, əsas hakim həmin epizodu görməyə də bilərdi. Elə buna görə də, penalti verdi. Belədə bizim futbolçular, məşqçilər heyəti hakimə etiraz etdi. Baş məşqçi dördüncü hakimə iradlarını bildirdi. Baş hakim yan xətt hakimi ilə məsləhətləşdikdən sonra qərarını dəyişdi və ədaləti bərpa etdi. "Xəzər Lənkəran"ın etirazları əsassızdır. Sadəcə hakimin penalti verib, qərarını dəyişməsi ortalığı qarışdırdı. HK-in sədri Xəqani Məmmədov da oyunu izləyirdi və o da bildirdi ki, hakim penalti versəydi səhv qərar qəbul etmiş olacaqdı".

Qeyd edək ki, qarşılaşma "Rəvan"ın qələbəsi ilə yekunlaşıb – 3:1.
 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43