Kateqoriyasız

“Xəzər Lənkəran”ın ən yaxşısı da sıradan çıxdı: 4 futbolçudan biri müəyyən, üçü qeyri-müəyyən

“Bakı” üzərində inamlı qələbə qazanan “Xəzər Lənkəran” istirahətə buraxılıb.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, dünənki oyunda zədələnən Adrian Skarlatakenin durumu qeyri-müəyyən olaraq qalır. Rumıniyalı futbolçunun Premyer Liqanın IX turu çərçivəsində səfərdə keçirəcəkləri “Qarabağ”la oyuna kimi hazır olacağı gözlənilir.

Bir müddətdir ki, zədəli olan Rəşad Sadiqov, Ağabala Ramazanov və Uğur Pamukun da vəziyyəti sual altındadı. Sadiqov və Ramazanovun Ağdma klubu ilə oyunda meydana çıxma ehtimalları olsa da, Pamuk azı iki həftə komandaya kömək edə bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43