Ölkə futbolu

“Xəzər Lənkəran”ın futbolçusu: “Bizi hər tərəfdən sıxırdılar”

“Rusiya ilə oyun öncəsi bu qələbə bizim üşün stimul oldu. Qarşıdakı oyunda da gözəl futbol nümayiş etdirib, azarkjeşlərimizi sevindirmək istəyirik. Düzdü sarı kart cəzalısı olduğumdan Rusiya ilə oyunu buraxacam. Ancaq inanıram ki, biz Rusiyadan da xal alacağıq”.

Bu sözləri idmanxeber.com saytına açıqlamasında millinin üzvü Rasim Ramaldanov deyib.
Şimali İrlandiya ilə oyunda sarı kart alaraq cəzalı duruma düşən və Rusiya ilə oyunu buraxacaq “Xəzər Lənkəran”ın müdafiəçisi  öncə Foqtsun onlara fasilədə nə dediyini və qarşıdakı şimal qonşularımızla oyunda da qələbə qazanmaq istədiklərini bildirib:
“İlk hissədən sonra Berti Foqts bizə dedi ki, öz meydanımızda oynayırıq, özünüzə inanın, çıxın öz oyununuzu oynayın, döyüşün. Bizi hər tərəfdən sıxırdılar, deyirdilər ki, mütləq qələbə qazanmalısınız. Ola bilər ki, bu amilin mənə müəyyən təsiri oldu. Rusiya bura elə-belə gəlməyəcək. Lakin biz də öz qələbəmizlə azarkeşlərimizi sevindirmək istəyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43