Müsahibə

“Xəzər Lənkəran”ın futbolçusu bolqarlarla matçdan öncə iddialı danışdı: “Artıq vaxtıdır!” – MÜSAHİBƏ

Azərbaycan milli komandasının və “Xəzər Lənkəran”ın futbolçusu Rasim Ramaldanovun idmanxeber.com saytına müsahibəsi.

– Tsikilin ilk oyununda rəqib Bolqarıstandı. Bu matçla bağlı düşüncələrin nədi?

Çox vacib oyundu. Qrupun ilk oyununu öz meydanımızda, azarkeşlərimiz önündə oynayırıq deyə yalnız və yalnız qələbə haqqında düşünürük. Qələbə qazanmaqla istəyirik ki, bütün Azərbaycan xalqını sevindirək.

– Milli oyunçularını bu qədər iddialı, bu qədər istəkli görməmişdik. Bu nədən qaynaqlanır?

Bu bil bizim şanslarımız var və qrup üçüncüsü ola bilərik. Belədə pley-off mərhələsinə vəsiqə qazanmaq şansımız olacaq. Bütün komanda buna inanır. Artıq vaxtıdır və biz bunu inşAllah eləyəcəyik.

– İddialı danışmaq gözəldi. Ancaq Rusiya ilə matçda qeydə alınan hesab və sərgilənən oyun ümid vermədi.

O oyun sadəcə yoxlama matçı idi. Belə oyunlarda komanda tam yığıla bilmir.

– Ancaq hər halda hesab ağır idi. Azarkeşləri bu tip yenilgilərlə özünüzdən yenə küsdürdüyünüzü düşünmürsən?

Azarkeşlər heç də küsməyib. Düzdü yaxşı nəticə deyildi. Belə matçlarda oyunçu oyuna tam köklənə bilmir. Bolqarıstanla oyun isə fərqli olacaq. Bunun şahidi olacaqsınız.

– Rövnəq Abdullayev sizinlə görüş keçirdi. Nə isə vəd verdimi?

Komandaya inandığını dedi və uğurlar arzuladı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43