Kateqoriyasız

“Xəzər Lənkəran”ın futbolçusu: “Bu heyətlə də iddiamız var”

Hazırlığını Antalyada davam etdirən “Xəzər Lənkəran” klubunun gənc futbolçusu Tural Cəlilov İdmanxeber.com-un Antalyaya ezam olunmuş muxbirinin suallarını cavablandırıb:

– Hazırlığınız necə gedir?

Hər şey yüksək səviyyədədir. Təlim-məşq toplanışında olduğumuz üçün daha çox fiziki məşqlər edirik ki, çempionatda daha yaxşı nəticə göstərək.

– “Xəzər Lənkəran” da gedən gəncləşdirmə siyasətini necə dəyərləndirərdin, azarkeşlərə sevdirə biləcəksinizmi komandanı?

Fikirimcə  gəncləşdirmə siyasəti öz xeyrini verəcək komandaya, məşqçimiz cavan uşaqları tanıyır və gələcəyə yaxşı bir komanda formalaşdıra biləcək. Düşünürəm ki, bu heyətlə də iddiamız var.

– Yoxlama görüşlərində qələbə qazana bilməmisiz, bunu necə dəyərləndirərdin?

Baxmayaraq ki, qələbə qazana bilməmişik amma oyunlarda irəliləyiş hiss olunur. Hər görüşdə oyunumuz daha da yaxşıya doğru gedir.

– Oğuz Çətinin komandada baş məşqçi olduğu dönəmdə müdafiə xəttində problemlər var idi və sən də müdafiə xəttində çıxış edirsən…

Düzdür, komandada müdafiə xəttində prolemler var idi, bizim səhvimiz oldu. Amma baş məşqçimiz bunları görüb və aradan qaldıracaq.

– “Xəzər Lənkəran”da təcrübəli futbolçulardan birneçəsi qaldı. Sən hansı futbolçuların qalmağını istəyərdin?

Cavanlaşdırma getdi deyə onlar uzaqlaşdırılmalı idi, kim getdi, kim qaldı o məşqçinin fikiridir, mən o işə qarışa bilmərəm.

– Toplanışınızın böyük qismi geridə qalıb, “Xəzər Lənkəran” çempionata hazırdırmı?

60-70 faiz hazırdır komanda, qalan günlərdə də baş məşqçinin dediyi taktiki gedişlər üzərində işləyəcəyik və hazır olacaq komanda…

Səxavət QURBANOV_Antalya


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43