07 Dekabr 2024
Ölkə futbolu

“Xəzər Lənkəran”ın futbolçusu: “Gərək şans verələr ki, özümü göstərəm”

Bir cür “qara zolaq”dan çıxa bilməyən “Xəzər Lənkəran”da indi də, qapıçı şoku yaşanır.

Öncədən də xəbər verdiyimiz kimi komandanın iki əsas qapıçısı Orxan Sadıqlı və Duqlas Leyte zədəlidi. Belə olan hal da diqqətlər gənc qolkiper – Tərlan Qasımzadəyə yönəlir. Qarşıdan “Qarabağ”la oyunun da gəldiyini nəzərə alıb, ilk dəfə əlinə debüt etmək şansı düşən qapıçının fikirlərini öyrəndik.

Qasımzadə İdmanxeber.com-a verdiyi açıqlamada bunları dedi:

“Məşqçi kimə güvənəcəksə onun fikirinə hörmət etməliyik. Həm mən, həm Orxan, həm də Leyte əlimizdən gələnin nən yaxşısını etməyə çalışrııq. Debüt etməyimə və özümü göztərməyimə gəlincə isə gərək şans verələr ki, nə bacardığımı göstərəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43