17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirə qələbə ilə başlayıb.
Futbolçularımız ilk qarşılaşmada Belarusiya millisini 1:0 hesabı ilə məğlub edib. Qarşılaşmada yeganə qolu "Xəzər Lənkəran"ın gənc forvardı Elnur Cəfərov vurub.