Ölkə futbolu

“Xəzər Lənkəran”ın futbolçusu oynamadı, yığması məğlub oldu

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində “Xəzər Lənkəran”ın futbolçusu Nikola Qliqorovun komandası olan Makedoniya millisi növbəti oyununu keçirib.

Komanda səfərdə Uelsin qonağı olub.

Qarşılaşma 1:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb. Uelslə ilk matçda start heyətində meydana çıxan və 90 dəqiqə oynayan Lənkəran təmsilçisinin yarımmüdafiəçisi bu dəfə ehtiyatda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43