Premyer Liqa

“Xəzər Lənkəran”ın futbolçusu: “Şişirtmək lazım deyil”

Bu gün Premyer Liqanın VII turu çərçivəsində “Xəzər Lənkəran” səfərdə AZAL-ın qonağı olacaq.

“Bakı” üzərində qazanılan qələbədən sonra Cənub klubunda motivasiya yüksək səviyyədədir.

“Ağ-yaşıllar”ın futbolçusu Rasim Ramaldanov idmanxeber.com-a açıqlamasında AZAL-la oyunda yalnız qələbə haqda düşündüklərini, ancaq 3 xal qazana bilməyəcəkləri təqdirdə bunu faciəyə çevirmək lazım olmadığını bildirib:

“Bakı” qələbəsindən sonra AZAL-la oyunda da 3 xalı hədəfləyirik. Bu oyunda qələbə qazana bilməsək belə bunu şişirtmək lazım deyil. Çünki hələ oyunlar qabağdadı. Cəmi 6 tur geridə qalıb. Toşak da bizə bu matç öncəsi xüsusi tapşırıqlar verib. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43