Müsahibə

“Xəzər Lənkəran”ın futbolçusundan acı etiraf: “Bizdə və istək var idi, nə də inam” – MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın müdafiəçisi İlyas Səfərzadə AZAL-la matçdan sonra idmanxeber.com-a müsahibə verib:

– Oyunla bağlı nə deyərdin?

– Nə deyim? Heç bir şey.

– Hesabı açdıqdan sonra sanki oyununuz alınmadı. Səbəb nə idi?

– Bizdə və istək var idi, nə də inam…

– Halbuki qol vurandan sonra inam daha artmalı idi. Düzdü?

– Artmalı idi, ancaq alınmadı.

– Nəitcə və oyun demək olar yoxdu. Bu oyunla gələcəyə nə ümid var?

– Əlbəttə çoxdu. Ümid çoxdu. Yaxşı olacaq.

– Yaxşı nə edə bilərsiz bu oyunla?

– AZAL-a qarşı komanda şəklində oynaya bilmədik. Gənc oyunçularıq, təcrübəmiz azdı. Oyundan-oyuna düzələcək məncə.

– Yayda komandaya yenidən legionerlər cəlb olunacaq və bu oyunlarda özünü yaxşı tərəfdən göstərən gənclər qarşıdakı mövsüm üçün əsas komandada olacaq. Sən özünü bu komandada görürsən?

– Onu zaman göstərəcək. İnşallah özümüzü göstərərik ki, əsas komandaya düşək.

– Kubokdan kənarlaşdız, çempionatda da uğurlu çıxış etmirsiz. Azarkeşlərin sizə münasibəti necədi?

– Azarkeşlərimiz bizə inanır. Ancaq biz də inamı doğrultmalıyıq.

– Çoxları səni əsas millidə görmək istəyir. Sən necə,özünü əsas milliyə hazır görürsən? Robert Prosineçkinin səninlə maraqlandığını eşitməmisən?

– Milliyə düşmək üçün üzərimdə çox işləyəcəm. Əlbəttə mən də millidə oynamaq istəyirəm. Ancaq milli haqda söhbət yoxdu hələ.

– Deyə bilərik ki, İlyas Səfərzadə “Xəzər Lənkəran”da güclülərdəndi?

– Xeyr. Yaxşı oyunçularımız da var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43