Dünya futbolu

“Xəzər Lənkəran”ın futbolçusunu əvəzlədi,qəhrəman oldu

“Xəzər Lənkəran”ın futbolçusu Nikola Qliqorov Makedoniya millisində növbəti oyununa çıxıb.

Makedoniya millisi evində Bolqarıstanı 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Əsas heyətdə meydana çıxan Qliqorov 71-ci dəqiqədə yerini Aleksandr Traykovskiyə buraxıb.

Maraqlıdır ki,Qliqorovun yerinə meydana daxil olan Traykovski komandasının ikinci qolunu vuraraq, oyunda yekun hesabı müəyyənləşdirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43