Milli komanda

“Xəzər Lənkəran”ın gənc ulduzu milliyə dəvət olundu

Bu gündən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı başlayan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik olub.

Fevralın 24-də keçiriləcək Topaz Premyer Liqasının III turundan təxirə salınmış AZAL – “Neftçi” oyunu ilə əlaqədar Samir Məsimov, zədəli olduğu üçün isə Elşən Abdullayev toplanışa qatılmayıb. “Xəzər Lənkəran” klubundan  Elnur Cəfərov hazırlıq prosesinə cəlb olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43