Ölkə futbolu

“Xəzər Lənkəran”ın hansı futbolçusu “Neftçi”yə atmaca atdı?: “Neftçi” Lənkəranda 8 ildi qələbə üzü görməyən klubdu”

“Neftçi” ilə bizim oyun hər zaman prinsipial və möhtəşəm keçir. Əzəli rəqibimizdi və çalışacağıq ki, uğurlu nəticəyə imza ataq. Nə gücümüz var meydanda qoyub, əliboş qayıtmayacağıq. Bakıya xal dalınca gəlmişik”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran”ın futbolçusu Kamran Abdullazadə deyib.

Cənub klubunun gənc üzvü daha sonra “Neftçi” azarkeşlərinin sosial şəbəkələrdə “5:0 uinutmayın” paylaşımlarına reaksiyası belə olub:

“Onlar unutmasınlar ki, 8 il Lənkəranda qələbəyə həsrət qalıblar. Lənkəranda qələbə nədi bilmirlər. İnanıram ki, Bakıda yaxşı oyun nümayiş etdirib, uğurlu nəticə qazanacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43