Ölkə futbolu

“Xəzər Lənkəran”ın hazırlıq planı

“Xəzər Lənkəran”  hazırlıqlarını Antalyada davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, Cənub klubu bu gün növbəti məşqinə çıxacaq. Bu gündən etibarən məşqlər səhər və axşam olmaqla iki dəfə keçiriləcək.

Komandanın düşərgəsində olmayan yeganə futbolçu Elnur Cəfərovdur. Hazırda Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq futbol turnirində Azərbaycan millisinin heyətində çıxış edən Elnur Cəfərov yarışma bitdikdən sonra Türkiyəyə yollanaraq “Xəzər Lənkəran”ın düşərgəsinə qoşulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43