Ölkə futbolu

“Xəzər Lənkəran”ın iki problemi: Biri CAS-dan, digəri fransalı futbolçudan

"Xəzər Lənkəran"ın yeni transferi Limam Seydi ilə viza problemi ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, franslaı hücumçu bu problemi aradan qaldırdıqdan sonra Azərbaycana gələ biləcək. 

Bundan əlavə, İdman Arbitraj Məhkəməsinin qərarı sabah açıqlanması gözlənilir. Əgər qərar sabah da açıqlanmasa o zaman "ağ-yaşıllar" çempionatın ilk üç turunda yeni transferlərinin xidmətindən yararlana bilməyəcək.

CAS "Xəzər Lənkəran"la bağlı müsbət qərar çıxarmasa, cənublular Pavel Kapsa, Ruslan Abışov, Rəşad Eyyubov, Vaqif Cavadov, Dieqo Souza, Vüqar Nadirov və Limam Seydini yalnız sentyabrın 1-də sifariş ərizəsinə daxil edə biləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43