Kateqoriyasız

“Xəzər Lənkəran”ın ilk rəqibi məlum oldu

Türkiyədə təlim-məşq toplantısında olan “Xəzər Lənkəran”ın burada keçirəcəyi yoхlama oyunlarındakı ilk rəqibi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, “ağ-yaşıllar” “Kayserispor”la qarşılaşacaq. Nevşehirin Kapadopya bölgəsində qərarlaşan “Xəzər Lənkəran” Kayseri təmsilçiçinin əsas yoх, A2 komandası ilə qarşılaşacaq. Oyun iyulun 8-də baş tutacaq.

Qeyd edək ki, “Xəzər Lənkəran” Türkiyədə 5 yoхlama oyunu keçirməyi planlaşdırır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43