Kateqoriyasız

“Xəzər Lənkəran”ın ispanı: “Qanımda virus tapıldı”

“Simurq”la oyunda qələbə qazandığımıza görə çox sevinirəm. Ola bilər ki, baxımlı oyun nümayiş etdirə bilmədik. Birinci hissədə yaxşı oynaya bilmədik və hesabda geri düşdük. Lakin ikinci hissədə komanda öz oyununu oynadı və 3 xalı qazandıq”. 

Bu sözləri idmanxeber.com saytına açıqlamasında “Xəzər Lənkəran”ın şərəfini qoruyan Edu Oriol deyib.

“Simurq”la matçın 18-ci dəqiqəsində meydana daxil olan Oriol 87-ci dəqiqədə əvəz edilməsinə də münasibət bildirib: “Bu, baş məşqçinin qərarı idi. Oyunun son dəqiqələrində məşqçi mərkəzi gücləndirmək üçün məni meydandan aldı. Yəni bunu sırf taktiki gedişlə əlaqələndirərdim”.

İspaniyalı futbolçu bir müddət əsas heyətdə olmamağının səbəbini də açıqlayıb: “Bir müddət ölkədən kənardaydım. Viza problemi vardı. Bir həftə məşqlərdən uzaq qaldım. Ondan sonra qanımda virus tapıldı. Bu səbəbdən məşqlərdən bir müddət uzaqlaşdım və bu da mənim əsas heyətdə oynamağıma mane oldu”.

Daha sonra 26 yaşlı yarımmüdafiəçi Superkubokla bağlı danışıb: “Bildiyimə görə birinci Superkubokdu. Ona görə də komanda bu oyuna daha çox həvəslə hazırlaşır. Təbii ki, ilk olduğuna görə kuboku Lənkərana aparmaq istəyirik. Hər iki komanda arasında olan sağlam rəqabətdən xəbərim var“.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43