Premyer Liqa

“Xəzər Lənkəran”ın kapitanı: “Biz “Neftçi”dən üstün futbol oynadıq”

“Biz “Neftçi”dən üstün futbol oynadıq. Sadəcə qol imkanlarından istifadə edə bilmədik. Heyətimizin gənc futbolçulardan təşkil olunmasına baxmayaraq, “Neftçi”dən üstün idik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın futbolçusu Rahid Əmirquliyev deyib.

Cənub klubunun kapitanı 0:2 hesablı yenilgini şərh edərkən daha sonra sözlərinə belə davam edib:

“Biz bundan öncəki oyunlarda da olduğu kimi qol buraxdıqdan sonra ruhdan düşdük və məğlub olduq. Bu dəfə də belə oldu. Buraxılan qollarda təkcə müdafiə xəttini günahlandırmazdım. Bizdə təcrübə çatmadı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43