Ölkə futbolu

“Xəzər Lənkəran”ın məşqçisinə 5 oyunluq cəza

Bu gün İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib.

PFL rəsmi saytına istindən verdiyimiz məlumata görə, İK Əvəzedicilərin çempionatının son turunda baş verənlərlə bağlı müvafiq qərarlar çıxarıb.

Əvəzedici heyətlərin IX turunun “Rəvan” – “Xəzər Lənkəran” matçında “Rəvan” klubunun 4, “Xəzər Lənkəran” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klublar 500 manat cərimə olunur (maddə 40).

Oyunun 60-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun məşqçisi Məhərrəm Bağırzadə hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanır, klub 2500 manat cərimə olunur (maddə 42.4).

Əvəzedici heyətlərinin IX turunun “Qəbələ” – “Neftçi” matçının 77-ci dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 1000 manat cərimə olunur (maddə 52).

Əvəzedici heyətlərinin IX turunun “Qarabağ” – “Bakı” matçının 85-ci dəqiqəsində “Qarabağ” klubunun 17 №-li futbolçusu Təmkin Xəlilzadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.4).

Oyunun 88-ci dəqiqəsində “Bakı” klubunun 18 №-li futbolçusu Ülvi Süleymanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43