Ölkə futbolu

“Xəzər Lənkəran”ın planları dəyişildi

Premyer Liqanın VXI turu çərçivəsində keçirilən “İnter”lə səfər qarşılaşmasından sonra bir günlük sərbəst buraxılan “Xəzər Lənkəran” komandasının məşq planlarında dəyişiklik edilib.

Doğma şəhərə qayıtmalı olan komanda daha bir gün paytaxtda qalacaq və sabah Lənkərana yola düşəcək. Ləngimənin məqsədi futbolçuların  əlavə daha bir gün istirahət etmələrinə şərait yaratmaqdır. Qeyd edək ki, komanda 10-gün fasiləsiz hazırlıqdan sonra bir gün istirahətə buraxılmışdı.  Həmçinin “Xəzər Lənkəran” doğma şəhərdə də 20-dekabr tarixinə qədər qalmalı olacaq. Beləliklə, ümumilikdə 20-günlük hazırlığın içində futbolçulara 2-gün istirahət verilməsi məqsədəuyğun sayılıb. “Xəzər Lənkəran” sabah, dekabrın 11-də səhər saatlarında doğma şəhərə yollanacaq və “Rəvan”la oyunun hazırlıqlarını da orada davam etdirəcək.

Xatırladaq ki,  XVII turun “Xəzər Lənkəran” – “Rəvan” qarşılaşması dekabrın 15-də “Fırtınalar meydanı”nda keçiriləcək.

12cioyuncu.info


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43