Kateqoriyasız

“Xəzər Lənkəran”ın “Qarabağ”a uduzmasının səbəbi – AÇIQLAMA

“Qarabağ” layiqli qələbə qazandı. Ancaq oyuna baxan hər kəs bu sözümü təsdiqləyər ki, 0:3-lük matç deyildi. Bizim nə qədər imkanlarımız oldu. Ancaq futbolçular bu imkanları sağa-sola xərclədilər. Dünənki oyunda “Qarabağ” güclü idi və qalib gəldi”.

Bu sözləri idmanxeber.com saytına açıqlamasında “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib. 

Cənub klubunun rəsmisi dünən “Qarabağ”la oyunda darmadağın olunmalarına səbəb yorğunçuluqun olduğunu bildirib:

“Futbolçularımız da yorğunçuluq var idi. Bundan əlavə “Qarabağ” güclü komandadır. Bizim həm birinci, həm də ikinci hissədə çoxlu qol imkanlarımız oldu, topa yiyəlnmədə də biz üstün idik. Ancaq yenə deyirəm “Qarabağ” dünənki oyunda güclü idi və layiqli qələbə qazandı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43