Premyer Liqa

“Xəzər Lənkəran”ın qovduğu futbolçuya “Qəbələ” də güvənmədi və…

“Özümü çox yaxşı hiss edirəm. Ölkənin ən iddialı klublarından birinə keçdim. Artıq 2 gündür Qəbələdəyəm”.Bunu milli komandamızın müdafiəçisi Elnur Allahverdiyev deyib.

“Xəzər Lənkəran”dan ayrılaraq “Qəbələ”yə keçən müdafiəçi təəssüratlarını gabalafc.az-la paylaşıb: “Çox gözəl atmosfer və futbol oynamaq üçün hər cür şərait var. Komandanın qarşısına böyük hədəflər qoyulub. Məqsədim bacarığımı ortaya qoyub komandanın hədəflərinə çatmasına kömək etməkdir. Özümü psixoloji və fiziki cəhətdən hazır sayıram. Baş məşqçimiz şans verdiyi an mübarizəyə atılmağa hazıram”.

Daha əvvəl “Ədliyyə”, “Şəfa”, MOİK, “Turan”, “Neftçi”, “Qarabağ” və “Xəzər Lənkəran”da top qovmuş Elnur Allahverdiyevlə yarımillik müqavilə imzalanıb. Müdafiəçi “Qəbələ”də 36 nömrəli forma ilə çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43