Ölkə futbolu

“Xəzər Lənkəran”ın Ruslan Abışov israrı davam edir

Yeni mövsümün planlarını quran Mustafa Dənizlinin Ruslan Abışov israrı davam edir.

İdmanxeber.com-un məlumatına görə, “Xəzər Lənkəran”ın türkiyəli çalışdırıcısı “Rubin”də əsas heyətə düşə bilməyən futbolçunun adını transfer siyahısını salaraq, rəhbərliyə təqdim edib. Bundan əlavə Dənizli Masi Mənsimovla görüşündə də məsələyə bir daha toxunaraq, onu komandasında görmək istədiyini bildirib. 

Hazırda Kazan klubu ilə müqaviləsi olan Abışovun Lənkərana qayıtmaq ehtimalı yüksəkdi. Lakin millimizin də şərəfini qoruyan “solaxay” Rusiya və Türkiyə klublarından ona gələn təklifləri gözdən keçirir. 

Ruslanın yenidən Lənkərana qayıdıb-qayıtmaması ilə bağlı məsələyə mövsüm bitdikdən sonra son nöqtə qoyulacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43