Dünyadan

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisindən maraqlı rekord

Karyeraları ərzində Avropanın 8-dən artıq ölkəsində çalışan baş məşqçilər müəyyənləşib.

Siyahıya Tomislav İviç və “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Con Toşak başçılıq edir.

Avropanın 9 müxtəlif ölkəsində işləyən hər iki mütəxəssis rekord göstəriciyə malikdir. Xorvatiyalı İviç karyerası ərzində Xorvatiya, Hollandiya, Belçika, Türkiyə, İtaliya, Yunanıstan, Portuqaliya, Fransa və İspaniyada çalışıb.

2013-cü ildə “Xəzər Lənkəran”ı çalışdıran Toşak isə Azərbaycanla yanaşı, daha öncə İngiltərə, Portuqaliya, İspaniya, Uels, Türkiyə, Fransa, İtaliya və Makedoniya kimi ölkələrdə fəaliyyət göstərib.

“Benfika”nın əfsanəvi baş məşqçilərindən olan Bela Quttmann (8 ölkə) siyahıda üçüncü olub. Lyupko Petroviç, Pal Ksernai və Roy Hodson (7 ölkə) isə 4-6-cı pilləri bölüşd


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43