Dünya futbolu

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisinin yeni klubu müəyyənləşdi

Türkiyə millisindəki köməkçi-məşqçi vəzifəsindən ayrıldıqdan sonra idman proqramlarında şərhçilik edən "Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı Oğuz Çətinin yeni iş yeri müəyyənləşmək üzrədir.

İdmanxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis "Qaziantepspor" klubu ilə anlaşıb. Məlumata görə, o, bu gün klub rəhbərliyi ilə görüşərək 1,5 illik müqavilə imzalayacaq.

Türkiyə 1-ci liqasında çıxış edən klub 21 turdan sonra 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Oğuz Çətin 2014-cü ildə "Xəzər Lənkəran"ı çalışdırmışdı. O, Mustafa Dənizlinin istefasından sonra "ağ-yaşıllar"ın baş məşqçi postuna gətirilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43