Ölkə futbolu

“Xəzər Lənkəran”ın sabiq üzvü özünə yeni klub tapdı

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Eder Bonfimin yeni iş yeri müəyyənləşib.

Portuqaliyalı futbolçu karyerasını yenidən Rumıniyada davam etdirəcək. O, bu ölkənin "Poli" klubunda top qovacaq.

Qeyd edək ki, Bonfim "Xəzər Lənkəran"da 48 oyun keçirib və 5 qola imza atıb. O, ölkəmizə məhz Rumıniyadan – "Styaua"dan gəlmişdi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43