Ölkə futbolu

“Xəzər Lənkəran”ın sabiq üzvü “Sumqayıt”da

“Sumqayıt” bir futbolçunu baxışa çağırıb.

“Qəbələ”nin sabiq üzvü Şəhriyar Xəlilov gənclik şəhəri təmsilçisində baxışdan keçəcək. O, komanda hazırlığa başlayandan sonra məşqlərdə iştirak edəcək. Şəhriyarla bağlı son qərar ən qısa zamanda veriləcək.

Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi “Qəbələ”nin əsas heyətində meydana çıxmayıb. Əvvəllər “Xəzər Lənkəran” və “Turan”da forma geyinmiş Xəlilov ötən mövsüm “Qəbələ”nin əsas komandasında 18 oyun keçirmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43