Ölkə futbolu

“Xəzər Lənkəran”ın sabiq üzvü “Survivor”da

Azərbaycan çoxlu izləyici kütləsi olan Acun Ilıcalının "Survivor" layihəsinin iştirakçıları müəyynləşmək üzrədir. İştirakçılar arasında iki futbolçunun olacağı gözlənilir.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, məhşur aparıcı "Xəzər Lənkəran"ın sabiq üzvü Ahmet Dursuna təklif göndərib. Karyerasının son günlərini hazırda aşağı dəstə təmsilçisi "Eyüpspor"da keçirən futbolçu bu təklifi qəbul edəcəyi halda komandadan ayrılmaq məcburiyyətində qalacaq. O, son qərarını yaxın günlərdə açıqlayacaq. Digər iştirakçının adı isə hələ müəyyənləşməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43