Ölkə futbolu

“Xəzər Lənkəran”ın simvolik komandası müəyyənləşib

“Xəzər Lənkəran” Futbol Klubu və İdman Araşdırmalar Mərkəzi (İAM) klubun 10 illik yubileyinə həsr olunmuş daha bir layihəni yekunlaşdırıb. 

İdmanxeber.com-un məlumatına görə, İAM klubun tarixi ərzində ən yaxşı yerli futbolçusunu, legionerini və simvolik komandasını seçib.
Bu məqsədlə ölkəmizin aparıcı KİV-lərində çalışan idman jurnalistləri arasında sorğu keçirilib. Respondentlərə İAM-ın Ekspert və Qiymətləndirmə Qrupunun müəyyənləşdirdiyi 33 namizəd futbolçu arasından seçim aparmaları təklif olunub.

Həmin oyunçulardan 3-ü qapıçı, hərəyə 12-si müdafiəçi və yarımmüdafiəçi, 6-sı isə hücumçudur. Həmkarlarımız bu siyahıdan ən yaxşı yerli və əcnəbi futbolçunu, eləcə də 1-4-4-2 taktiki sxeminə uyğun olan oyunçuları seçiblər.

Simvolik komanda:

I. Qapıçı (1): Kamran Ağayev (32 səs)
II. Mərkəz müdafiəçiləri (2): Adrian Skarlatake (30), Elvin Begiri (13)
III. Sağ cinah müdafiəçisi (1): Füzuli Məmmədov (25)
IV. Sol cinah müdafiəçisi (1): Radomir Todorov (15)
V. Dayaq yarımmüdafiəçisi (1): Rahid Əmirquliyev (29)
VI. Mərkəz yarımmüdafiəçisi (1): Mario Souza (18)
VII. Sağ cinah yarımmüdafiəçisi (1): Julius Vobay (17)
VIII. Sol cinah yarımmüdafiəçisi (1): Adrian Pit (22)
IX. Hücumçular (2): Zaur Ramazanov (29), Oqtay Dərəlioğlu (14)
X. Ən yaxşı yerli futbolçu – Rahid Əmirquliyev (14)
XI. Ən yaxşı legioneri – Oqtay Dərəlioğlu (11)

Qeyd edək ki, sorğuya elə namizədlərin sayı qədər – 33 respondent qatılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43