Kateqoriyasız

“Xəzər Lənkəran”ın stadionu su altında qaldı (FOTOLAR)

Ötən gecədən başlayaraq, yağmağa başlayan aramsız yağışlar Lənkərançayda suyun səviyyəsinin qalxmasına səbəb olub.

İdmanxeber.com-un “Report”a istinadən yaydığı xəbərə görə, çayın daşması nəticəsində yaxınlıqdakı “Xəzər Lənkəran”nın stadionu su altında qalıb.

Sular stadionun qapılarından meydançaya daxil olub. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu “Report”a açıqlamasında faktiki mühasirədə qaldıqlarını bildirib: 
“Artıq suyun səviyyəsi 35 sm qalxıb. Sel stadionumuzun inzibati binası qarşısına çatıb və əsas meydançamıza doğru hərəkət edir”.





İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43