Ölkə futbolu

“Xəzər Lənkəran”ın stadionunun diskvalifikasiya olunmamasına çox sevindim”

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının geridə qalan 5 turu ilə bağlı fikirlərini bölüşüb. 

Qurum başçısı bunları dilə gətirib: “Son oyunlar gərgin mübarizə şəraitində keçir. Çoxları hakim səhvlərindən danışırlar. Amma etiraf eləmək lazımdı ki, səhv edən təkcə hakimlər deyillər. Futbolçular, məşqçilər də səhvə yol verirlər. Amma onlara heç kim təzyiq göstərmir. Fikrimcə, geridə qalan turlarda qəsdən edilən hakim səhvi olmayıb. Azərbaycan yeganə MDB ölkəsidi ki, hakimlərini təlim-məşq toplanışına yollayır. “Xəzər Lənkəran”ın “Neftçi” ilə oyununa gəlincə, stadionun diskvalifikasiya olunmamasına çox sevindim. Bu, Lənkəran futbolu üçün böyük zərbə olardı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43