İdman

“Xəzər Lənkəran”ın stadionunun son görüntüləri: Final oyununu keçirmək mümkün deyil? – FOTOLAR

Son günlər ölkə kubokunun finalının Naxçıvan MR-də keçirilməsi ciddi müzakirə mövsüzüna çevrilib.

İdmanxeber.com-un məlumatına görə, finalda qarşılaşacaq “Qarabağ” və “Qəbələ” klublarının azarkeşləri Naxçıvana getməyin çətin olduğunu bildirərək matçı Lənkəran və ya Bakıdakı stadionların birinə salınmasını PFL-dən xahiş ediblər. PFL-in prezidenti Ramin Musayev isə bu barədə açıqlamasında Lənkərandakı stadionun ot örtüyünün yaxşı vəziyyətdə olmamasını bildirərək, final matçının orada keçirilməsinin mümkün olmadığını bildirib. O, Naxçıvan stadionunda ot örtüyün yaxşılaşdırılması üçün müəyyən tədbirlər gördüklərini vurğulayıb.

Maraqlıdır ki, Lənkəran şəhər stadionunun ot örtüyü Musayevin dediyi qədər də bərbad durumda deyil. Bir sıra xırda işlər görməklə Lənkəran şəhər stadionunun ot örtüyünün durumunu daha yaxşı vəziyyətə gətirmək mümkündür.

Stadiondan son fotoları təqdim edirik:



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43