Kateqoriyasız

“Xəzər Lənkəran”ın uzun müddət şərəfini qorumuş futbolçu “Simurq”da

“Simurq”  əsas heyətə daha bir futbolçu cəlb edib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Zaqatala klubu Elnur Abdullayevlə növbəti mövsümün sonuna qədər müqavilə imzalayıb. 28 yaşlı yarımmüdafiəçi “Simurq”un heyətində yeddi nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Abdullayevin son klubu “Xəzər Lənkəran” olub. 2010-cu ildən Lənkəran təmsilçisinin şərəfini qoruyan  təcrübəli yarımmüdafiəçi Premyer Liqada 162 matçda meydana çıxıb və 11 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43