Ölkə futbolu

“Xəzər Lənkəran”ın yeni azarkeş qrupu yarandı

"Xəzər Lənkəran"ın daha bir azad azarkeş qrupu yaranıb.

İdmanxeber.com-un məlumatına görə, yeni yaranmış azad azarkeş qrupunun adı "Azad Tribunaçılar13"dür.

"Azad Tribunaçılar13" "Xəzər Lənkəran" – "Neftçi" oyununda debüt edəcək.

Qrupun "amiqo"su Emil Nurullayev bu barədə saytımıza açıqlama verib:

"Əsas məqsədimiz əsl tribunaçılığı təbliğ etməkdir. Bura "Xəzər Lənkəran"ı dəlicəsinə sevənlərin məkanıdı".

"Oyunlarda fərqli atmosfer yaradacağıq. İlk oyunumuz "Neftçi" ilə olacaq. Bizim nə demək istədiyimizi həmin gün anlayacaqsınız. "Böyük oyun"dan sonra sayımız günü-gündən artacaq, İnşallah!".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43