Kateqoriyasız

“Xəzər Lənkəran”ın yeni syerra-leoneli futbolçusu: “Xəzər Lənkəran” böyük klubdu”

“Xəzər Lənkəran”ın yeni transferi Alfred Sanko ölkəsinin mətbuatına açıqlama verib.

İdmanxeber.comsierraleonefootball.com”-a istinadən xəbər verir ki, “Xəzər Lənkəran”la iki illik müqavilə imzalayan “Şanlıurfaspor”un sabiq üzvü bunları dilə gətirib:

Nəhayət gözlənilən transferim baş tutdu və buna görə çox şadam. Yeni komanda yoldaşlarımla tanış oldum. Ən vacib məqamlar biri odur ki, “Xəzər Lənkəran”ın məşqçilər heyəti oyunumu bəyəniblər və mənə hər cür dəstək verdilər. Bu səbəbdən özümü çox xoşbəxt hiss edir və gələcəyə ümidlə  baxıram. “Xəzər Lənkəran” böyük klubdur və inanıram ki, mən də komandanın güclənməsində pay sahibi olacağam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43