Ölkə futbolu

“Xəzər Lənkəran”ın yeni transferi: “Azarkeşlər möhtəşəm idi”

İstirahətini yekunlaşdıraraq məşqlərə başlayan “Xəzər Lənkəran” fransalı futbolçusuna qovuşub. 

İdmanxeber.com-un məlumatına görə, məlumatına görə, avqustun 12-də L’imam Şeydi Lənkərana gələrək komandaya qoşulub.

“Xəzər Lənkəran”ın məşqi başlamazdan öncə yeni futbolçu xüsusi olaraq azarkeş saytına açıqlama da verib. Əslən Qanadan olan hücumçu bunları deyib:

“Inter”lə oyunu internetdən izlədim. Oyunumuz çox xoşuma gəldi. Gənc futbolçular əzmkar futbol nümayiş etdirdilər. İlk matçda qələbə böyük əhəmiyyət daşıyır. Azarkeşlər də möhtəşəm idi və bütün bunlar məni çox sevindirir”. (12cioyuncu.info)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43